“Muğan Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilmişdir.

Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Muğan Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ1001005466 ISIN kodlu qiymətli kağızının delistinq edilməsi qərarı alınmışdır. Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.