Loqo
27Mar2023
02:03:03●Ticarət açıqdır●Ticarət bağlıdır
Bazar statusu
Səhm●Bazar açıqdır●Bazar bağlıdır
İstiqraz●Bazar açıqdır●Bazar bağlıdır
REPO●Bazar açıqdır●Bazar bağlıdır
1 USD - 1.7000●0.00%
1 EUR - 1.8104●0.00%
1 RUB - 0.0223●0.00%
1 TRY - 0.0894●0.00%
Listinq üçün müraciət edin
AZEN
AxtarışBağla
    • Ana səhifə
    • Haqqımızda
      Geri
      • Tarixçə
      • Missiya və strateji baxış
      • Təşkilat
        • Təşkilati struktur
        • Səhmdarlar
        • Müşahidə şurası
        • İdarə heyəti
        • Komitələr
      • Hesabatlılıq
      • Siyasətlər
      • Sosial məsuliyyətlilik
      • Tərəfdaşlıq
      • Tariflər
        • Ticarət tarifləri və üzvlük haqları
        • Listinq tarifləri
      • Əlaqə
      Haqqımızda

      Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 2000-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur.

    • Üzvlər
      Geri
      • Üzvlərin siyahısı
      • Üzvlərin renkinqi
      • Üzvlərin illik maliyyə hesabatları
      Üzvlər

      Bakı Fond Birjasında ticarət Birja üzvləri vasitəsi ilə təşkil olunmuşdur.

    • Listinq
      Geri
      • Listinq məsləhət proqramı
      • Listinqdə saxlanılan qiymətli kağızlar
      • Listinq şərtləri
      • Kütləvi təklif
        • Səhm buraxılışı
        • İstiqraz buraxılışı
      • Emitentlərin profili
      • Təlimlər
      • LMP üzvləri
      • Emitentin kalkulyatoru
      Emitentlər

      Bakı Fond Birjasında Dövlət və Korporativ Emitentlər tərəfindən buraxılmış qiymətli kağızlar ticarət olunur.

    • İnvestorlar
      Geri
      • Məhsullar
        • Səhm
        • İstiqraz
          • Dövlət istiqrazları və Mərkəzi Bank notları
          • İpoteka istiqrazları
          • Korporativ istiqrazlar
        • Repo
        • Törəmə maliyyə alətləri
      • Ticarət təqvimi
      • Birjada investisiya edin
      İnvestorlar

      Bakı Fond Birjası öz fəaliyyətində İnvestorların məlumatlandırılması və qorunması işlərinə xüsusi önəm veirir.

    • Statistika və məlumatlar
      Geri
      • Dövri statistika
      • Kotirovkalar
      • Xəbərlər
      • Səhmdarların sayı 50+ olan ASC Siyahısı
      • Broşurlar və təqdimatlar
      • Terminlər lüğəti
      • Tez-tez verilən suallar
      • İllik statistika
      • Ticarətə buraxılan digər qiymətli kağızlar
      Statistika və məlumatlar

      Bakı Fond Birjası mütəmadi olaraq ticarət əməliyyatları və öz fəliayyəti ilə bağlı önəmli məlumatları açıqlayır.

    • Hüquqi Sənədlər
      Geri
      • Qaydalar
      • Normativ xarakterli aktlar
      • Qanunlar
      • Qərarlar
      Hüquqi Sənədlər

    • Listinq siyahısı

    Tez-tez verilən suallar

    1. Bfb.az
    2. Tez-tez verilən suallar

    • Bakı Fond Birjasının fəaliyyətinə hansı xidmətlər daxildir?

      Bakı Fond Birjası qiymətli kağızların kütləvi ticarəti üçün zəruri şərait təmin etməklə tənzimlənən bazarların təşkili və idarə edilməsi xidmətlərini göstərir. Bakı Fond Birjasının vəzifələri Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

    • Bakı Fond Birjasında qiymətli kağızların ticarəti hansı qaydalar əsasında təşkil olunur ?

      Bakı Fond Birjasında qiymətli kağızların ticarəti Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunu, Birjanın daxili qaydaları və digər əlaqəli normativ hüquqi aktlara əsasən tənzimlənir.

    • Bakı Fond Birjasında ticarətdə kimlər iştirak edə bilər ?

      Bakı Fond Birjasında fiziki şəxslər və hüquqi şəxslər birja üzvləri vasitəsi ilə ticarətdə iştirak edə bilərlər.

    • Fiziki şəxslər Bakı Fond birjasında ticarətdə birbaşa iştirak edə bilərmi ?

      Xeyr, fiziki şəxslər istisnasız olaraq yalnız birja üzvləri vasitəsilə ilə ticarətdə iştirak edə bilərlər.

    • Birja üzvləri kimlər ola bilər ?

      Qiymətli kağızlar haqqında qanuna əsasən yalnız investisiya şirkəti lisenziyasına malik, BFB-nin üzvlük qaydalarının tələblərinə cavab verən hüquqi şəxslər birja üzv ola bilər. Hazırda BFB-nin 10 üzvü vardır

    • Fiziki şəxslər birja üzvlüyünə qəbul oluna bilərmi ?

      Xeyr.,yalnız investisiya şirkəti lisenziyasına malik hüquqi şəxslər üzvlük üçün müraciət edə bilər və ya üzv ola bilər.

    • Xarici investisiya şirkətləri birjada üzvlüyə qəbul edilə bilərmi ?

      Xarici hüquqi şəxs Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi olduğu təqdirdə BFB-nin üzvlük qaydalarına uyğun olaraq üzvlüyə qəbul edilə bilər.

    • Bakı Fond Birjasında hansı qiymətli kağızlar ticarət olunur ?

      Açıq səhmdar cəmiyyətlərinin adi və imtiyazlı səhmləri, hüquqi şəxslər tərəfindən buraxılan korporativ istiqrazları, dövlət istiqrazları, notlar, valyuta və əmtəə əsaslı törəmə maliyyə alətləri ticarət olunur

    • Hansı qiymətli kağızlar birjada ticarət olunmur ?

      Qapalı tipli səhmdar cəmiyyətinin səhmləri, vauçerlər, orderlər, valyuta

    • Mən Birjadan qızıl ala bilərəmmi ?

      Xeyr, Bakı Fond Birjası yalnız qiymətli kağızların ticarəti təşkil edir.

    • Birjada istiqraz və ya səhm almaq üçün nə etmək lazımdır?

      Birjada qiymətli kağızlarla (səhm və ya istiqraz) ticarət etmək istəyən şəxslər birja üzvlərinə müraciət etməlidir. Birja üzvü müştərisinin adından ticarət sistemində sifarişlər elan etmək və əqd bağlamaq hüquqna malikdir. Birja üzvlərinin siyahısı ilə bu keçiddən tanış ola bilərsiniz. <a href="https://bfb.az/uzvlerin-siyahisi/" title="https://bfb.az/uzvlerin-siyahisi/">https://bfb.az/uzvlerin-siyahisi/</a>

    • Hansı qiymətli kağızların yerləşdirilməsi birjada həyata keçirilir ?

      Yalnız emissiya prospektinə əsasən kütləvi təklif üsulu ilə yerləşdirilməli olan qiymətli kağızların yerləşdirilməsi Birjada həyata keçirilir.

    • Birjada ticarət olunan qiymətli kağızlar və onların cari qiymətləri haqqında məlumatı necə əldə etmək olar?

      Bakı Fond Birjasının rəsmi internet səhifəsində gündəlik açıqlanan, Əqdlər və Kotirovklar bölməsində yerləşdirilən cədvəldə qiymətli kazğızların son ticarət olunduqları tarixə uyğun qiymətləri ilə tanış ola bilərsiniz. Qiymətli kağızın cari qiyməti son ticarət olunduğu tarixin istinad qiymətindən 20% aşağı və yuxarı olmaqla dəyişə bilər.

    • Klirinq və hesablaşmaların aparılması əməliyyatları nədir ?

      Klirinq və hesablaşmalar qiymətli kağızlar üzrə əqdlərin reallaşması üçün əqdin bağlanılmasından sonra (post-treyd) yerinə yetirilməsi zəruri olan proseslərdir.

    • BFB-nin ticarət platformasından istifadə olunaraq bağlanılmış əqdlərin klirinq və hesablaşmaları BFB tərəfindən aparılır ?

      Xeyr, klirinq və Hesablaşmalar bu fəaliyyət növünə malik peşəkar bazar iştirakçısı olan Milli Depozit Mərkəzi tərəfindən aparılır.

    • BFB-də ticarət nə zaman keçirilir?

      Ticarət reqlamentinə əsasən ticarət sesiyyasının saatları bazarlar üzrə dəyişə bilər. Daha ətraflı qeyd olunan linkdən keçid edə bilərsiniz. <a href="https://bfb.az/ticaret-saatlari/" title="https://bfb.az/ticaret-saatlari/">https://bfb.az/ticaret-saatlari/</a>

    • BFB-də ticarət hansı valyutada aparılır

      Səhmlərlə ticarət yalnız manatla, korporativ istiqrazlarla əməliyyatlar isə istiqrazın buraxıldığı valyutadan asılı olaraq dollar, manat və ya avroda aparıla bilər.

    • Bakı Fond Birjasında valyutaların mübadiləsi mümkündürmü?

      Xeyr. Bakı Fond Birjası yalnız fond birjası fəaliyyəti çərçivəsində qiymətli kağızların ticarətini təşkil edir.

    • Müəyyən məbləğdə yığılmış pul vəsaitim var. Birjada hansı növ və hansı emitentin qiymətli kağızlarına investisiya edə bilərəm ?

      Bakı Fond Birjası ticarətin təşkilatçısı rolunda çıxış edir və Qiymətli kağızlar haqqında qanuna əsasən heç bir halda bazar iştirakçılarına investisiya məsləhəti verə bilməz.

    • Səhm və ya istiqrazını Birjada ticarətə çıxarmaq üçün emitent nə etməlidir ?

      Qiymətli kağızlarını Birjada ticarətə buraxmaq istəyən emitentlər ilk növbədə listinq üçün Birjaya müraciət etməlidir. Qiymətli kağızlar müvafiq bazar seqmentində listinqə alındıqdan sonra Birjada ticarətə buraxıla bilər.

    • Dövri statistika
    • Kotirovkalar
    • Xəbərlər
    • Səhmdarların sayı 50+ olan ASC Siyahısı
    • Broşurlar və təqdimatlar
    • Terminlər lüğəti
    • Tez-tez verilən suallar
    • İllik statistika
    • Ticarətə buraxılan digər qiymətli kağızlar
    Dövlət istiqrazları 1 il - 6.52▼-0.45%Dövlət istiqrazları 2 il - 9.04▼-0.12%Dövlət istiqrazları 3 il - 9.11▼-0.39%Dövlət istiqrazları 5 il - 9.32▲1.02%Dövlət istiqrazları 7 il - 7.57▲1.10%NOT (28 gün) - 6.71▲0.01%NOT (84 gün) - 7.95▲0.26%NOT (168 gün) - 8.57▲0.35%NOT (252 gün) - 9.29▲0.35%BOKT Embafinans QSC - 10.50▼-0.50%AzerGold - 3.35▼-0.03%ARMB (NOT) Repo - 7.59●0.00%1W AINA - 4.55▼-0.09%
    SOCAR [ AZ2002019894 ] Alış: 1000.00 / Satış: 1027.00Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10000.00 / Satış: 10284.53Unibank KB ASC [ AZ2013002020 ] Alış: 10295.91 / Satış: 1014.69AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2003019711 ] Alış: 987.84 / Satış: 1007.60AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 872.24 / Satış: 915.85BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1048.22 / Satış: 1074.41Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1002.00Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73
    Azərbaycan Respublikasının Mərkəzi Bankı
    Milli Depozit Mərkəzi
    Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
    Dünya Biirjaları Assosiasiyası
    Beynəlxalq Birjalar Assosiasiyası
    Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu
    İslam Əməkdaşlıq Təşkilatı Birjaları Forumu
    Bfb.az ©2013-2023 Bütün hüquqlar Bakı Fond Birjası tərəfindən qorunur