İnvestisiya etməyə necə başlamaq olar?

Bakı Fond Birjası qabaqcıl texnologiyalar əsasında qiymətli kağızların şəffaf və ədalətli ticarətini təşkil etməklə likvid və gəlirli investisiya imkanları təklif edir. Birjada listinqdə müxtəlif gəlir və risk səviyyələrinə uyğun səhm, dövlət və korporativ istiqrazlar mövcuddur. Bununla da, hər bir fiziki şəxs əlindəki vəsaitdən aslı olmadan hədəflədiyi risk və gəlirliyə uyğun, müxtəlif valyutalarda qiymətli kağızlar seçə və investisiya edərək kapital bazarlarının üstünlüklərindən yararlana bilər.

SİZ NƏLƏRİ NƏZƏRƏ ALMALISINIZ?

Birjada ticarətə başlamazdan əvvəl özünüz üçün üç mühüm amili müəyyənləşdirməlisiniz:

  • birja alətlərinə investisiya etmək üçün nə qədər pul ayıracaqsınız;
  • pulunuzu maliyyə alətlərinə yatırmaq istədiyiniz müddət nə qədərdir;
  • sizin üçün daha vacib olan: qənaət etmək və buna müvafiq qazanmaq və ya risk etmək və tez qazanmaq

Siz bank depozitləri, daşınmaz əmlak və əmtəə ilə yanaşı birja vasitəsi ilə kapital bazarlarına investisiya edərək gələcəyinizə uğurlu yatırım edə bilərsiniz.

Səhmlərə investisiya etməklə Siz:İstiqrazlara investisiya etməklə Siz:
  • Şikrətin pay sahibi olursunuz
  • Yuxarı risk və gəlirliliyə sahib investisiya imkanları əldə edirsiniz
  • Dividend əldə etmə imkanı qazanırsız
  • Aşağı risk və stabil gəlir imkanı
  • Qısa, orta və uzunmüddətli investisiya imkanları
  • Dövri kupon ödənişləri ilə əldə edirsiniz.

İndi kapital bazarlarına investisiya daha rahatdır!

Hər hansı fiziki şəxs birja üzvü olan investisiya şirkətinə müraciət edərək və Milli Depozit Mərkəzində hesab açaraq qiymətli kağız ala bilər.

İnvestisiya etməyə necə başlamaq olar?