Listinq məsləhət proqramı haqqında

Bakı Fond Birjası (BFB) qiymətli kağızların buraxılışı vasitəsi ilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyyacı olan şirkətlərə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verir. 

Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədi ilə hesabatlılığın təmin edilməsinə, korporativ idarə etmənin təkmilləşdirilməsinə və eləcə də, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir.

Kapital bazarlarına çıxmaq, listinqin üstünlüklərindən yararlanmaq istəyən və aşağıdakı istiqamətlərdə dəstəyə ehtiyyacı olan şirkətlər Listinq Məsləhət Proqramına qoşula bilərlər:

  • Hesabatlılıq və korporativ srtukturun təkmilləşdirilməsi
  • Kapital bazarları və onun imkanları haqqında məlumatlılığın artırılması
  • Daxili komandanın kapital bazarları haqqında təlimi
  • Düzgün maliyyələşmə mənbəyinin təyin edilməsi
  • Qiymətli kağız buraxılışı ilə bağlı konsaltinq və təcrübə mübadiləsi
  • Kapital bazarlarında güvənilir və təcrübəli tərəfdaşla əməkdaşlıq
  •  İnvestor bazasına və investisiya şirkətlərinə çıxışın əldə edilməsi
  • undefined