Bakı Fond Birjasının üzvlərinin siyahısı

Bakı Fond Birjasının üzvləri BFB-nin ticarət platformasından məsafədən qoşulma imkanı ilə ticarətdə olan qiymətli kağızlar üzrə sifarişlər təqdim etməklə investorlara xidmət göstərə və ya özləri investisiya fəaliyyətində iştirak edə bilərlər. Bakı Fond Birjasının üzvləri və ya üzvlük üçün müraciət etmiş şəxslər yalnız Nəzarət edici orqan tərəfindən verilmiş və qüvvədə olan investisiya şirkəti lisenziyasına malik hüquqi şəxslər ola bilərlər. Üzvlük əldə etmək istəyən şəxslər müraciət tarixi üçün Birjanın daxili qaydaları ilə müəyyən edilmiş şərtlərə cavab verməlidirlər. Müraciətçinin şərtlərə uyğunluğu daxili Üzvlük Komitəsi tərəfindən qiymətləndirilir və üzvlük haqqında qərar verilir. Üzvlük proseduru haqda daha ətraflı məlumat üçün BFB-nin Üzvlük qaydaları ilə tanış ola bilərsiniz.