TMA bazarı

Valyuta əsaslı törəmə Maliyyə Alətləri bazarı müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. TMA bazarında bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılır. Əməliyyatın gəlirliliyini alınıb satılan valyutaların məzənnələri arasındakı fərq təşkil edir.

BFB TMA bazarında baş verən ən son və fundamental yenilikləri nəzərə alaraq investorlara təhlükəsiz ticarəti təşkil etmək məqsədi ilə aşağıdakı xidmətlərini təqdim edir:

  • Tənzimləmə və nəzarət mexanizminin yaradılması;
  • TMA bazarı alətləri üzrə vahid bazarın təşkil olunması;
  • TMA bazarında əməliyyatların icrası və hesablaşmalarda şəffaflığın monitorinqi;
  • Bazarda qiymətlərin və əməliyyat həcmlərinin şəffaf şəkildə göstərilməsi;
  • TMA əməliyyatlarının icrasında dəqiqliyin, uyğunluğun və etibarlığın artırılması..

BFB münaqişə və ziddiyətlərdən uzaq, şəffaf hesablaşmalar və icra mexanizmi ilə bu xidməti vermək istəyən bütün təşkilatların istəklərinə cavab verir.