Bakı Fond Birjasının missiyası

Maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycan Respublikasının iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunması.

Dəyər

Bizim məsuliyyətimiz şirkətin dəyərlərini qorumaqdan ibarətdir. Biz öz əməkdaşlarımızı, birjanın üzvlərini və onların müştərilərini yüksək dəyərləndiririk

Birjanın şüarı:

Səhmdarların və birja üzvlərinin hüquqlarını qorumaq, emitentə yaxın, investora açıq.

Bakı Fond Birjasının strategiyası

Fəaliyyət və gəlirlilik üzrə konsentrasiya riskini nəzərə alaraq, Bakı Fond Birjası öz stabilliyini və davamlı inkişafını təmin etmək məqsədi ilə 2021-2023-cü illər üzrə strateji prioritetini ticarət dövriyyəsində üstünlüyün korporativ qiymətli kağızlar bazarına yönləndirilməsi üzrə müəyyənləşdirmişdir.