Üçüncü emissiya müvəffəqiyyətlə başa çatıb. METAK istiqraz sahiblərinə 860 min manat qazandırıb.

Qlobal pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərbəyə baxmayaraq METAK şirkəti isiqrazlar üzrə öz borclarını tam vaxtında ödəyib.

Marja-ya daxil olmuş məlumata görə, METAK 18.05.2020-ci il tarixində 3-cü istiqraz emissiyası üzrə yekun faiz və əsas məbləğ ödənişini uğurla həyata keçirib.

Şirkətin bu növbəti emissiyasının həcmi 3 milyon manat təşkil edib və sahiblərinə illik 10 % gəlir qazandırıb.

Şirkət hər üç emissiya üzrə (1-ci 3 milyon manatlıq, illik 12 %-lik, 2-ci 2 milyon manatlıq 10%-lik, 3-cü 3 milyon manatlıq 10%-lik kupon ödənişləri) istiqraz sahiblərinə ümumilikdə 860 000 manat pul qazandırmışdır.

METAK şirkəti qeyri-neft sektoruna və ümumilikdə bütün Azərbaycan iqtisadiyyatına verdiyi töhvəyə görə bütün istiqraz sahiblərinə öz dərin təşəkkürünü bildirir.