"Legion Financial” ASC -nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə alınmışdır

16 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  "Legion Financial” ASC səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1001025464

Adi adlı  sənədsiz  səhm

950

(ədəd)

100

manat

Abunə yazılışı üsulu

 "Assist Finance İnvestisiya Şirkəti” ASC