5 iyun 2020-ci il saat 16.00-da cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi).

2. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissi­yasının hesabatı.

3. Cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi.

4. Təşkilati məsələlər (idarə heyəti, müşahidə şurası və təftiş komissiyasının tərkibinə baxılma­sı).

5. Sair məsələlər.

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi 1008-ci məhəllədə keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.

Əlaqə telefonları- (012) 440-86-25, (012) 440-09-19.