Borsa İstanbulun dəvəti ilə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri cənab Fərid Axundov 26-27 oktyabr 2023-cü il tarixlərində İstanbulda işgüzar səfərdə olmuşdur.

Səfər zamanı cənab Fərid Axundov Borsa İstanbul, MKK (Türkiye Sermaye Piyasaları – Merkezi Saklama ve Veri Depolama Kuruluşu) və Takas İstanbul (İstanbul Takas ve Saklama Bankası A.Ş.) ilə rəsmi görüşlər keçirmişdir. Görüş zamanı həm Borsa İstanbul, həm də digər qurumlarla “Bakı Fond Birjası” QSC arasında olan mövcud səmərəli əməkdaşlığın daha yüksək mərhələyə çatdırılması barədə ümumi razılıq əldə edilmişdir.

”Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri, cənab Axundov Borsa İstanbulun 150 illik yubileyinə həsr olunmuş, “Azərpoçt” MMC tərəfindən xüsusi buraxılışla çap edilmiş poçt markasını həmin qurumun rəhbərliyinə təqdim etmişdir.