18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Konstromat" ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

26 yanvar 2024-cü il tarixində "Konstromat" ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Bildirmək istərdik ki, səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcədir. 

Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İ.Ş” QSC -dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Yerləşdirmə  tarixi

 

Anderrayter

 

AZ1001024285

Adi adlı  sənədsiz  səhm

19 600

(ədəd)

10

manat

Abunə yazılışı üsulu

26.01.2024

“Invest-AZ I.Ş” QSC