Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

5-6 dekabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin AZ1002002884 dövlət qeydiyyat nömrəli 500,000 (beş yüz min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 4 investor tərəfindən 2,45 manat qiymətindən 5 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000.90 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə  500,000.90 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “ Paşa Kapital  İnvestisiya Şirkəti” QSC-dir.