15 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Bank “BTB” ASC -nin AZ1001009443 dövlət qeydiyyat nömrəli 5,000,000 (beş milyon manat) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 5,000,000  manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 5,000,000  manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.