12 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “Assist Finance İnvestisiya Şirkəti” ASC -nin AZ1002020365 dövlət qeydiyyat nömrəli 50 050 (əlli min əlli manat) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 350 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 050 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 50 050 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.