8 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2006024700 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 96.9462 (4.5%) və 97.6753 (3.4%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 86,868,200 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.5419 (3.6%), orta ölçülmüş qiyməti isə 97.5649 (3.57%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 15.02.2023-cü ildir.