1 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tədavül müddəti 24 ay olan AZ2001004582 dövlət qeydiyyat nömrəli, 20,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 1000 (6%) manat qiymətində 9 sifariş təqdim edilmişdir. Hərrac üzrə kəsmə və ortaçəkili qiymət 1000 (6%) manat təşkil etmişdir.

İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20,000,000 manat təşkil etmişdir. İstiqrazların  nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil etmişdir.