17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasının inzibati binasında görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı və AYİB-in üzərində çalışdığı yerli kredit agentliyinin yaradılması ilə bağlı Kiçik və Orta Bizneslərin maliyyə risklərinin dəyərləndirilməsi yönündə Kiçik və Orta Bizneslərin mütəşəkkil kapital bazarında aktiv iştirakı, ilkin və təkrar bazarları üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.