25 iyul 2022-ci il tarixində “Yelo Bank” ASC-nin baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi;

2. Yığıncağın gündəliyində duran digər məsələlər.

Yığıncaq Bankın Bakı şəhəri,  Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.

Qeyd edək ki, "Yelo Bank“ ASC-nin səhmdarları "Topaz İnvestments Limited” QSC (95.68%), “İSR Holdinq” MMC (0.10%) və Marina Kulişovadır (4.22%).