13 fevral 2024-cü il tarixində Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti səhmdarlarınnın növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

2. Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.