22 iyun 2023-cü il tarixində “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.

Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. 2022-ci il üzrə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin kənar auditor tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış maliyyə hesabatlarının təsdiqi və mənfəətin bölüşdürülməsi barədə;

2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızların emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.