Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

13 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 354,514,800   manat,  repo faiz dərəcəsi 4,00%-8,50% təşkil edən bağlanılmış 52 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi  1D AINAAO (1-3gün) üzrə 5,06% , 1W AINAAO (6-8 gün) üzrə 5,54% , 2W AINA AO (13-15 gün) üzrə isə 7,38%  təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) üzrə 7,79% təşkil etmişdir.