Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır.

6 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 59,097,600 manat, repo faiz dərəcəsi 4,00%-6,50% təşkil edən bağlanılmış 19 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün)  üzrə 4,97%, 1W AINAAO (6-8 gün) üzrə 5,53% və 2W AINAAO (13-15 gün) üzrə isə 5,00% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) üzrə 5,00% təşkil etmişdir.