Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 121,582,400  manat,  repo faiz dərəcəsi 4,00%-7,60% təşkil edən bağlanılmış 35 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 4,00%, 1W AINAAO (6-8 gün) üzrə 5,37%, 2W AINAAO (13-15 gün) üzrə 5,80% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) üzrə 7,60% təşkil etmişdir.