Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

26 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 18,694,700  manat,  repo faiz dərəcəsi 5,25%-8,30% təşkil edən bağlanılmış 10 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 8,30%, 1W AINAAO (6-8 gün) üzrə 5,25%, 2W AINAAO (13-15 gün) üzrə 6,78% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAIB (1-3 gün) üzrə 8,30%,  2W AINAIB (13-15 gün) üzrə 8,00% təşkil etmişdir.