Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

15 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 57,701,800 manat,  repo faiz dərəcəsi 5,00%-7,90% təşkil edən bağlanılmış 39 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5,00%, 1W AINAAO (6-8 gün) üzrə 5,46%, 2W AINAAO (13-15 gün) üzrə 5,49% təşkil etmişdir.