Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır.

31 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 181,627,400 manat, repo faiz dərəcəsi 4,00%-6,63% təşkil edən bağlanılmış 71 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5,24%, 1W AINAAO (6-8 gün) üzrə 5,17%, 2W AINAAO (13-15 gün) üzrə 5,48%, 1M AINAAO (29-32 gün) üzrə 5,00% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 5,51%, 2W AINAIB (13-15 gün) üzrə 5,63% təşkil etmişdir.