Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

21 avqust 2023-ci il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 39,958,000 manat,  repo faiz dərəcəsi 3,50%-5,50% təşkil edən bağlanılmış 22 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5,50%, 1W AINAAO (6-8 gün) üzrə 4,07% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi  1W AINAIB (6-8 gün) üzrə 5,50% təşkil etmişdir.