Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

05 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 69,716,500 manat,  repo faiz dərəcəsi 5.50%-7.00%  təşkil edən bağlanılmış 36 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi  1D AINAAO (1-3 gün) üzrə 6,77%,  1W AINAAO (6-8 gün) üzrə 5,64%, 2W AINAAO (13-15 gün)  üzrə 5,81%,  təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 6,75% təşkil etmişdir.