Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

26 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 39,141,200 manat,  repo faiz dərəcəsi 6,30%-8,25% təşkil edən bağlanılmış 16 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 7,00%, 2W AINAAO (13-15 gün) üzrə 6,79%, 1M AINAAO (29-32 gün) üzrə 6,30% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) üzrə 8,25% təşkil etmişdir.