Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

11 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 99,438,400 manat,  repo faiz dərəcəsi 4,20%-7,00% təşkil edən bağlanılmış 46 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 6,00%, 1W AINAAO (6-8 gün) üzrə 6,09%, 2W AINAAO (13-15 gün) üzrə 4,20% təşkil etmişdir.