4 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108027944 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 84.5565 (10 %) manat və 91.9669 (7.9798%) manat olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 88.1309 (9 %) manat, orta ölçülmüş qiyməti 89.0106 (8.7613%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,749,000  manat, yerləşdirilmiş həcmi isə 14,420,900 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 sentyabr 2027-ci il.

Hərrac iştirakçıları 5 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.