1 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106008946 ISIN-li, 60 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 88.4211(8.4500%) və 98.7893 (4.4354%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.6113(4.500%), orta ölçülmüş qiyməti 98.6553(4.4840%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209,776,200.00 manat yerləşdirilmiş, həcmi isə 60,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 25 fevral 2025-ci  il.

Hərrac iştirakçıları 2 mart 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.