22 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106007948 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95.9032  AZN (5.5%) və 99.7204 (4.1%) olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.7773 (4.4398%), orta ölçülmüş qiyməti 99.3864 (4.2199%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,153,500.00 manat, yerləşdirilmiş həcmi isə 45,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ci  il.

Hərrac iştirakçıları 23 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.