14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108037885 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 91,8891 (8%) və 101,74 (5,5962%) manat olan 17 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101,2893 (5,7%) manat, orta ölçülmüş qiyməti 101,4359  (5,6661%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 100,920,400.00 manat, yerləşdirilmiş həcmi isə 20,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 dekabr 2026-cı il.

Hərrac iştirakçıları 15 dekabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.