16 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106035881 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 94.6714 (7.0000%) və 102.5163(4.100%) olan 22 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.6691 (4.400%), orta ölçülmüş qiyməti  101.9502 (4.3001%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63,238,700.00 manat, yerləşdirilmiş həcmi isə 10,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 12 noyabr 2024-cü  ildir.

Hərrac iştirakçıları 17 noyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.