19 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110003925 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 87.6266 AZN (10%) və 101.6271 AZN (7.2%) olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (7.5%), orta ölçülmüş qiyməti 101.2633 (7.2665%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,218,500.00 manat yerləşdirilmiş həcmi isə 9,579,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 10 oktyabr 2028-ci  il.

Hərrac iştirakçıları 20 oktyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.