17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106026880 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 98.4040  AZN (7.1%) və 102.0398  AZN (5.75%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.9299 AZN (5.7899%), orta ölçülmüş qiyməti 101.9357  (5.7878%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,626,800.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 13 avqust 2024-cü  il.

Hərrac iştirakçıları 18 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.