13 iyul 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106022889 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 98.1411  AZN (7.2000%) və 100.4039  AZN (6.3500%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.2960 AZN (6.3900%), orta ölçülmüş qiyməti 100.3440  (6.3722%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 149,840,800.00 manat yerləşdirilmiş həcmi isə 40,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 9 iyul 2024-cü  il.

Hərrac iştirakçıları 14 iyul 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.