8 iyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108019883 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.1198 AZN (12.0000%) və 101.2110 AZN (8.1999%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2028 AZN (8.7000%), orta ölçülmüş qiyməti  99.4319  (8.6423%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,600,700.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 2 iyun 2026-ci  il.

Hərrac iştirakçıları 9 iyun 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.