16 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104006777 ISIN-li, 30,000,000 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 86.9565 AZN (15.08%) və 93.059 AZN (7.49%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.7846 AZN (9.00%), orta ölçülmüş qiyməti 92.2334 AZN (8.47%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,432,200.00 AZN yerləşdirilmiş həcmi isə 30,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  15 iyun 2021-ci  il.

Hərrac iştirakçıları 17 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.