9 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106008888 ISIN-li, 50 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 92.9896 (11.0000%) və 100.0000  (7.0000%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.5446 (7.8000%), orta ölçülmüş qiyməti 98.5856  (7.7772%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204,034,700.00 manat yerləşdirilmiş həcmi isə 75,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  7 mart 2023-cü  il.

Hərrac iştirakçıları 10 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.