2 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104002875 ISIN-li, 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 89,3382 (12%) və 94,4753 (5,88%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94,1568 (6,24%), orta ölçülmüş qiyməti 94,1934 (6,1985%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 73.947.700,00 manat yerləşdirilmiş həcmi isə 30 000 000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  1 fevral 2022-ci  il.

Hərrac iştirakçıları 3 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.