15 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104001844 ISIN-li, 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 90.9543 (10.0001%) və 94.6000 (5.7396%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3778 AZN (5.9899%), orta ölçülmüş qiyməti 94.4032 (5.9612%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,562,600.00 manat yerləşdirilmiş həcmi isə 30 000 000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 14 dekabr 2021-ci il.

Hərrac iştirakçıları 16 dekabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.