10 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106022780 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 93.9483 (9.8800%) və 100.0264 (7.4900%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.9735  (7.5100%), orta ölçülmüş qiyməti 100.0124   (7.4953%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,299,500.00 manat yerləşdirilmiş həcmi isə 8,359,800.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  7 noyabr 2023-ci  il.

Hərrac iştirakçıları 11 noyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.