Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

05 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070064 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 94.80 (8.8953%) manat və 97.2614 (7.50%) manat olan 53 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8%) manat, orta ölçülmüş qiyməti isə 96.6203 (7.8590%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 385,121,200 manat, yerləşdirilmiş həcmi isə 225,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 03.03.2026-cı ildir.

Hərrac iştirakçıları 6 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.