20 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070049 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 94.6187 (9%) manat və 100.00 (6%) manat olan 40 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.6545 (7.8398%) manat, orta ölçülmüş qiyməti isə 97.9660 (7.1089%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269,811,200 manat, yerləşdirilmiş həcmi isə

90,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17.02.2026-cı ildir.

Hərrac iştirakçıları 21 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.