Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

21 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040331 ISIN-li, 150 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 85.2480 (12%) manat və 99.1914 (6.3%) manat olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.1914 (6.3%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

258,030,400 manat, yerləşdirilmiş həcmi isə 207,193,900 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 17 dekabr 2026-cı il.

Hərrac iştirakçıları 22 dekabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.