14 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040281 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 94.7991 (8.8959%) manat və 97.6209 (7.3%) manat olan 55 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.0165 (8.2%) manat, orta ölçülmüş qiyməti isə 96.3292 (8.023%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 247,308,700 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 11.11.2025-ci ildir.

Hərrac iştirakçıları 15 noyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.