7 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040273 ISIN-li, 90 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 87.7066 (12%) manat və 97.6371(7.9%) manat olan 54 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2271 (8.45%) manat, orta ölçülmüş qiyməti 96.4876(8.3476%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 216,778,300 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 3 noyabr 2026-cı il.

Hərrac iştirakçıları 13 noyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.